Mal qəbulu üzrə köməkçi (Naftalan)

İşin təsviri

Əsas vəzifə və öhdəliklər: 

  • Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin Mehmanxananın siyasət və proseduralarına uyğun olmasını təmin etmək. 
  • Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq. 
  • Anbara gətirilən malları gündəlik olaraq qəbul etmək, qeydiyyatını aparmaq. 
  • Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik  yoxlamaq. 
  • Verilən mallar üçün proseduraya və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
  • Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
  • Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
  • Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə Maliyyə Nəzarətçisinə məlumat vermək 

Namizədə qarşı tələblər:

  • Maliyyə sahəsi üzrə ali təhsil
  • Mal qəbulu üzrə köməkçi vəzifəsində iş təcrübəsi
  • Excel yaxşı səviyyədə (Formullarla işləmək bacarığı)

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki həftənin 5 günü
  • İş saatı: Əməliyyatlara uyğun 8 saatlıq iş rejimi,
  • Bakı-Naftalan istiqamətində həftədə 1 dəfə gediş gəliş
  • Qalmaq üçün yer və qidalanma otel tərəfindən təmin olunur.
  • Əmək haqqı 500-600 AZN (NETT)
  • Naftalan şəhəri və şəhərə yaxın ərazidə olan namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mal qəbulu üzrə köməkçi” yazaraq göndərilməsi xahiş olunur.