İşin təsviri
                
                
                                
                Vəzifənin təsviri:
	- Mütəmadi olaraq potensial müştərilərin axtarılması;
 
	- Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və satışı;
 
	- Mövcud müştərilərlə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu;
 
	- Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimin aparılması;
 
	- Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə verilməsi;
 
	- Müştərilər üçün qiymət təklifi paketini hazırlamaq.
 
Şərtlər:
	- Rəqabətə davamlı əmək haqqı və satışa görə bonuslar
 
	- Əmək haqqı 800-1000 AZN
 
	- İş qrafiki həftə içi 09:00 – 18:00, şənbə, bazar-istirahət günü
 
	- Müntəzəm yerli və xarici təlimlərin verilməsi
 
	- AR  qanunvericiliyinə əsasən sənədləşmə 
 
	- Yanacaq və telefon danışıq haqqının verilməsi  
 
	- Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
 
	- Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı
 
Namizədə tələblər:
	- Şəxsi avtomobil mütləq olmalıdır.
 
	- Ali təhsil
 
	- Sürücülük vəsiqəsi (B kateqoriya)
 
	- HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi
 
	- Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı 
 
	- Ünsiyyət qurmaq və inandırmaq bacarığı
 
CV-lərinizi 25 dekabr 2022 il tarixinə qədər yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur.
Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Zənglər qəbul edilmir. 
Email: [email protected]