Təchizat üzrə mütəxəssis

İşin təsviri

Əmək haqqı 1300 AZN başlamaqla, maaş sınaq müddətindən sonra artandır.

İş barədə məlumat:

  • Yerli və xarici bazar araşdırmalarını həyata keçirmək və yeni təchizatçıları müəyyən edib, cəlb etmək;
  • Danışıqlar aparmaq və qənaətlər əldə etmək;
  • Yerli və xarici təchizatçılardan təkliflər almaq, müqayisə cədvəllərini/təklifləri dəyərləndirmək və təsdiqə göndərmək;
  • Alış müqavilələrini və sifariş tapşırıqlarını (Purchase Order) hazırlamaq və razılaşdırılmasını təşkil etmək;
  • Daşıma və gömrük prosesini təşkil etmək;
  • Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təşkil etmək;
  • Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
  • Hesab-fakturaları, qaimə-fakturaları və digər ödəniş sənədlərini qəbul etmək, yoxlamaq və maliyyə şöbəsinə təqdim etmək;
  • Satınalma üzrə bütün məlumatları sistemli şəkildə arxivləşdirmək;
  • Şöbələrdən daxil olan sifarişlər əsasında təchizat prosesini şirkət prosedurlarına uyğun olaraq aparmaq;
  • Struktur daxili müfaviq hesabatları hazırlamaq.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki 5 günlük;
  • AR qanunvericiliyinə uyğun sənədləşmə.

Namizədə tələblər:

  • Təchizat sahəsi üzrə ali təhsil;
  • Tələb olunan vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
  • Satınalma müqavilələrinin tərtibatı üzrə ümumi anlayış;
  • Araşdırma, analiz və təhlil bacarığı ;
  • Kompüter bilikləri (MS Office, excell biliyi mütləqdir);
  • ERP (1C, Loqo və s) təcrübəsi;
  • İngilis dili və rus dili biliyi (B1;B2);
  • Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, operativlik və məsuliyyətlilik təşkilatın missiyasına sadiqlik;
  • Şirkət tərəfindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə ezamiyyətə getməyə hazırlıqlı olmalı.

Elektron poçtun “Mövzu” yerinə “Təchizat üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq

Email: [email protected]

Qaya Safety Solutions tərəfindən digər vakansiyalar