Digital Memarlıq və 3D - Müəllim

  • Code Academy
  • Elanın qoyulma tarixi: 02.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 2 qrupdur. İş saatları namizədin cədvəlinə uyğun olaraq səhər, axşam və / və ya həftəsonu qrupları ilə uyğunlaşdırılır.

  • Dərs prosesi başlamazdan əvvəl proqram rəhbəri ilə tədris proqramı haqqında müzakirə aparmaq, proqram ilə tanış olmaq, təkmilləşdirmə üzrə təkliflər vermək;
  • Tələbə layihələrini təyin etmək və məzun olma proseslərində proqram rəhbəri ilə birgə qərar verən tərəf kimi çıxış etmək;
  • Tələbələrin mentor tərəfindən “Aktivlik cədvəli”nə əsasən qiymətləndirildiyindən əmin olmaq və hesabatın sistemə daxil edilməsini təsdiq etmək ;
  • Tədris proqramın yekununda fərdi və ya qrup tapşırıqlarını son icra tarixi ilə təyin etmək, layihənin yekununda tələbənin proqramı bitirmə dərəcəsini təqdim etmək və əsaslandırmaqla təsdiq etmək.

Tələblər:

  • Sahə üzrə müvafiq ali təhsil;
  • Sahə üzrə (memarlıq) iş təcrübəsi;
  • Modelləmə və modelləmə topologiyası sahəsində yüksək səviyyədə bilikli olmaq;
  • Autodesk və 3Ds Max, memarlıq sahəsi üzrə yüksək səviyyədə işləmək qabiliyyəti;
  • Yüksək səviyyədə Photoshop, Corona, V-ray və render bacarıqları;
  • Akademik heyətin dəstəklənməsi və inzibati işlər üzrə kiçik təcrübə.

Bacarıqlar:

  • Rəqəmsal alətlərdən istifadə səlistliyi;
  • Komanda yönümlülük və quruculuq işləri üzrə təşəbbüskarlıq;
  • Ünsiyyət qabiliyyəti;
  • Sinif idarəetmə bacarığı;
  • Qeydlər aparmaqda cəldlik və dəqiqlik.

Şəxsi keyfiyyətlər:

  • Təşəbbüskar və motivasiyalı;
  • Detallara yönümlü;
  • İzah etmə qabiliyyəti.

Namizəd mütləq şəkildə öz CV-si ilə birgə portfolio təqdim etməlidir.

https://glorri.com/code/637c65298cfac653930c28e4-Digital%20Memarl%C4%B1q%20v%C9%99%203D%20-%20M%C3%BC%C9%99llim?sources=JobSearch