Marketinq üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sosial Media səhifələrinin və rəqəmsal platformaların idarə edilməsi. Kontent yaratmaq, markalar üzrə sosial şəbəkələrdə mütəmadi paylaşımlar etmək, sosial media istifadəçiləri ilə qarşılıqlı əlaqə qurmaq, gələn şərhlərə, suallar, şikayətlərə və təkliflərə baxmaq, vaxtında cavablandırmaq və məsul şəxslərə yönləndirmək. Rəqiblərin sosial media fəaliyyətinin həyata keçirilməsini izləmək və monitorinq etmək, monitorinqin əsasında hesablamalar hazırlamaq;
  • Məhsullar üçün təşkil olunan promo tədbirlərinin, dequstasiya və BTL promo aksiyaların təşkil edilməsi. Hesabatlarının hazırlanması;
  • Şirkətin web-saytının işlənməsi, ümümi saytın redaktə edilməsi. Köhnəlmiş məlumatları, yeni yazılmış mətnlə, kontentlə yenilənməsi və məlumatların əlavə edilməsi;
  • Rəqiblərin fəaliyyətini təhlil edərək məhsulların rəqabət üstünlüyünün qorunması üçün yeni araq məhsullarının yaradılışında yaxından iştirak etmək;
  • Seqmentlərin müəyyən edilməsi, qiymət kategorioyalarının araşdırılması;
  • Rəqiblərin satış və reklam / kommunikasiyasının analizi;
  • Yeni məhsullar üçün ön/arxa etiket mətninin tərtib edilməsi. Yeni məhsullar üçün ştirxkodların GS1 şirkətindən əldə edilməsi;
  • Mütəmadi olaraq reklam materiallarının, yerləşdirilməsi və sponsorluq və ya korporativ əməkdaşlıq imkanları üçün sahələrin axtarışı və görüşlərin təşkil edilməsi;
  • Kreativ ideyaların, kampaniyaların yaradılmasında iştirak etmək, onların planlaşdırılmasını, təşkilini, kontrol edilməsi və nəticələrin analizlərini təmin etmək;
  • Marketinq və satınalma şöbələrinin tələbi ilə xarici istehsalçılardan şüşə, etiket və s köməkçi materialların nümunələrinin gətirilməsi, satınalma və marketing şöbəsinə təqdim edilməsi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.

Namizədlərə tələblər:

  • Yaş: 25-35;
  • Ali təhsil; 
  • Marketinq sahəsində min. 3 il iş təcrübəsi;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Azərbaycan və İngilis dillərini bilməli, Rus dilini bilən namizədə üstünlük verilir;
  • Rəqəmsal platformalarında işləmək bacarığı;
  • Sosial media reklamlarını aktivləşdirilməsi (Facebook ADS)
  • Stres altında işləmə qabiliyyəti;
  • Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
  • Fəal olma və işə planlı yanaşma;

CV-ləri müraicət et bölməsində qeyd olunan ünvana göndərə bilərsiniz.

Email