Maliyyə Nəzarətçisi

  • Zaman Broker
  • Elanın qoyulma tarixi: 25.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Qanunvericiliyə və mühasibat uçotu haqqında qanuna uyğun olaraq müəssisədə aparılan mühasibat uçotuna nəzarət;
  • Xərclər üzərində nəzarətin təmin edilməsi;
  • Podratçılara ediləcək ödənişlərin yoxlanılması və təsdiq edilməsi;
  • Bütün Mədaxil və Məxaric ödənişlərə nəzarət;
  • Bank hesablarına nəzarət;
  • Müştəri hesablarının auditi;
  • Maliyyə / Mühasibatlıq uçot proqramında (ERP) aparılmış əməliyyatların yoxlanılması, müxabirləşmələr üzrə audit
  • Audit tapıntılarının aradan qaldırılması üzrə müvafiq işlərin aparılması və tədbirlərin görülməsi;
  • Ayın / İlin bağlanmasının koordinasiya edilməsi;
  • Maliyyə hesabatlarının göstəriciləri (SOPL _ Mənfəət və Zərər Hesabatı,  SOFP_Maliyyə Vəziyyəti haqqında Hesabat, Balans) üzərində detallı analizlərin aparılması;
  • Xarici Auditorlar ilə koordinasiya şəklində işləmək və onların audit prosesinin effektiv şəkildə idarə edilməsi;
  • Maliyyə Prosedurlarının təkminləşdirilməsi;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması.

Qeyd edilərn öhdəliklər Baş ofis və xarici filiallara şamil edilir.

Tələblər:

  • Müvafiq sahədə ən azı 3 (üç) il iş təcrübəsi
  • Maliyyə, Mühasibat uçotu, Audit  sahəsində ali təhsil;
  • Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Mühasibat üçotu haqqında qanun üzrə dərin biliklər;
  • IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər;
  • ACCA sertifikatları F3 (Financial Accounting), F7 (Financial Reporting);
  • Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • ERP və digər İT platformalarda işləmə bacarığı;
  • Səlis Azərbaycan və İngilis dilləri üzrə biliklər;
  • İdarəetmə, dəqiqlik, analitik təhlil qabiliyyətləri;
  • İşi düzgün planlamaq bacarığı.

Əmək Haqqı:

  • 3 (üç) ay sınaq müddətində Gross AZN1,700.00 (bir min yeddi yüz manat 00 qəpik)
  • Sınaq müddətindən sonra Gross AZN2,000.00 (iki min manat 00 qəpik)

Zaman Broker tərəfindən digər vakansiyalar