Onlayn Satış Mütəxəssisi

  • By Telecom
  • Elanın qoyulma tarixi: 23.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Müxtəlif onlayn kanallar üzrə (Whatsapp, Instagram, Facebook, Saytdaxili chat, Zəng mərkəzi və s.) daxil olan müştəri müraciətlərinin cavablandırılması
  • Müştərilərlə onlayn yazılı və telefonla danışıqda ünsiyyət qurmaq, onların tələbatını öyrənmək, məhsullar və kampaniyalar haqqında ətraflı və doğru məlumat vermək;
  • Müştərinin tələbatına uyğun olaraq ona düzgün seçim etməyə kömək etmək;
  • Onlayn qaydada satış prosedurlarının həyata keçirilməsi
  • Mövcüd müştəri bazası ilə aktiv işləmək
  • Satış hədəflərinin tamamlanmasında aktiv iştirak etmək;
  • Digər aidiyyatı üzrə öhdəliklər

Namizədə tələblər:

  • Rəqəmsal məhsullar , Məişət texnikası üzrə satış sahəsində müəyyən iş təcrübəsi (Onlayn satışda təcrübə üstünlüklüdür)
  • Azərbaycan dilini səlis, rus dilini minimum orta səviyyədə bilməli;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Daxil olan müraciətləri satışa çevirmək bacarıqlarının olması vacibdir.
  • Ofis proqramları və 1C üzrə biliklərinin olması üstünlüklüdür
  • Müştərilərlə sıx və yüksək səviyyəli münasibət
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarıqlı

İş şəraiti:

  • Şəhərin mərkəzində hər bir şəraitlə təmin olunmuş rahat ofis
  • Şirkət daxili təlim və karyera yüksəlişi imkanı;
  • Əməkhaqqından əlavə yüksək bonuslar qazanmaq imkanı;
  • İş qrafiki: 10:00-19:00; 11:00-20:00
  • Rəsmi sənədləşmə ilə əməkhaqqı 400-550 AZN (fix) + bonuslar

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Online satış mütəxəssisi” başlığını qeyd edərək CV formasını elektron ünvanına göndərməklə müraciət edə bilərlər.