Kadrlar şöbəsinin aparıcı mütəxəssisi

  • Bank BTB
  • Elanın qoyulma tarixi: 21.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

232q1İş barədə məlumat:

  • AR-nın Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
  • İşçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl ürə istifadə edilməsinə nəzarət edilməsi;
  • Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
  • Həftəlik və aylıq hesabatların hazırlanması;
  • Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
  • Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
  • İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
  • Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı.

Namizədə tələblər:

  • Ali təhsil;
  • İnsan resurslarının idarə edilməsi sahəsində maliyyə sektorunda  ən azı 2 il təcrübə;
  • Azərbaycan və Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
  • Ünsiyyət qurma bacarığı;
  • Analitik qabiliyyət;
  • Əmək qanunvericiliyi üzrə  mükəmməl biliklər (uyğun sahədə sertifikatın olması üstünlükdür) .

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  21 dekabr 2022-ci il tarixinədək “Kadrlar şöbəsinin aparıcı mütəxəssisi” mövzusunu qeyd etməklə [email protected]  elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi