Kopirayter

  • Impler Agency
  • Elanın qoyulma tarixi: 17.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar hazırlamaq;
  • Sosial Media üçün kontent yaratmaq;
  • Kampaniyalar üçün sloqanlar üzərində iş;
  • Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq;
  • Ehtiyac olduğu halda bütün növ reklam, PR və kopirayt işləri.  

Əmək şərtləri:

  • maaş: 1000+ (təcrübəsinə uyğun təyin olunacaq);
  • iş vaxtı: həftənin 5 günü, saat 9:30-18:00  
  • şəhərin mərkəzində yerləşən ofis;
  • işləmək üçün rahat Macbook Air noutbuku;
  • rəsmi əmək müqaviləsi 

Tələbər: 

  • Mükəmməl Azərbaycan dili; 
  • Bu sahə üzrə ən azı 1 illik iş təcrübəsi (reklam və ya sosial media agentliyində təcrübə üstünlükdür);
  • Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur. 

Axtardığımız namizədin portreti: 

Bu şəxs ilk olaraq reklam industriyasının aşiqi olmalıdır. O, müxtəlif reklam daşıyıcılarında insanlara düzgün mesajın necə verilməli olduğunu aydın təsəvvür etməlidir. Təkcə sözlü yox, təsvirli düşünməyi də bacarmalı, bu bacarığı inkişaf etdirməlidir. İşində kreativ yanaşma sərgiləmək üçün fərqli baxış bucağına malik olması şərtdir. Bunun üçün araşdırmaqdan yorulmayan, yaradıcılıq potensialını davamlı inkişaf etdirən biri olmalıdır. 

Müraciət:

Müraciət üçün CV və Portfolionu e-mail ünvanına göndərə bilərsiniz. [email protected]  

Məktubun başlığı: Elə başlıq olsun ki, sizi fərqləndirsin. Portfoliosuz və standart başlıqlı məktublara baxılmayacaq.

Email: