İşin təsviri
“Falcon X komandası Mobiloqraf axtarır!
Biz kreativ komanda ruhuna qoşulacaq, çəkilişləri həm telefonla peşəkar səviyyədə icra edə bilən, həm də videograf layihələrində koordinasiya edə biləcək istedadlı mobiloqraf axtarırıq.
Vəzifə öhdəlikləri:
- Brend və layihələr üçün gündəlik/ həftəlik mobiloqrafiya çəkilişlərinin həyata keçirilməsi
- Çəkiliş proseslərinin koordinasiyası və videografa dəstək
- Kontent komandasının planlarına uyğun kreativ kadrların hazırlanması
- Çəkiliş zamanı brifə uyğun işin təmin edilməsi
Tələblər:
- Mobiloqrafiya sahəsində real təcrübə (portfolio üstünlükdür)
- Mobil kamera ilə iş, işıq, kompozisiya və kadr estetikasına bələdlik
- Komanda ilə işləmə bacarığı və koordinasiya qabiliyyəti
- Kreativ düşüncə və operativlik
İş şəraiti:
- İş ofisdən olacaq
- Aylıq əməkhaqqı: 700 AZN
Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə CV və portfolio-nu göndərmək kifayətdir.
Falcon X-də səni dinamik və yaratmağa açıq bir mühit gözləyir.”