İşin təsviri
Vəzifələr:
- Azərbaycan və rus dillərində mətnlərin yazılması və yerləşdirilməsi
- Sayt üçün vizual və mətn kontentlərin hazırlanması və redaktəsi
- Kontentin aktual olmasını təmin etmək, köhnəlmiş məlumatları yeniləmək
- Komanda ilə sıx işləmək – dizaynerlər, proqramçılar, məhsul sahibi
Tələblər:
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (yazılı və şifahi)
- Məqsədyönlü olmaq və öyrənməyə həvəsli olmaq
- Mətn və vizual kontenti hazırlamaq və redaktə etmək bacarığı
- Əlaqə və əməkdaşlıq qabiliyyəti, komanda ilə işləmək bacarığı
Biz təklif edirik:
- İş prosesində öyrədilmə və dəstək
- Gənc və mehriban komanda
- Şəhərin mərkəzində müasir və rahat ofis
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək
- Sabit əmək haqqı: 400 – 600 AZN
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Make Kontent” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.