Junior Qrafik Dizayner

  • Make Agency
  • Elanın qoyulma tarixi: 20.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sən də qısa zamanda böyük təcrübə qazanmaq, müxtəlif layihələrdə iştirak edərək zəngin portfel yaratmaq istəyirsənsə, bizim komandaya qoşul!
Biz sənə təcrübəli dizaynerlərin rəhbərliyi altında, real və maraqlı layihələr üzərində işləmək imkanı veririk.
Səni nə gözləyir?

  • Dinamik və yaradıcı iş mühiti — ideyalarını sərbəst ifadə edə biləcəyin komanda.
  • Qısa zamanda geniş təcrübə və portfel formalaşdırmaq imkanı.
  • Karyera yüksəlişi — bacarıqlarını göstər və şirkət daxilində inkişaf et!

Vəzifə öhdəlikləri:

  • Brendin vizual kimliyinin yaradılması;
  • Sosial media postları, reklam bannerləri və digər marketinq materiallarının dizaynı;
  • Layihə tələblərini düzgün başa düşərək onları müəyyən edilmiş vaxtda tamamlamaq;
  • Yaradıcı ideyalar təqdim etmək və müştərilər üçün fərqli dizayn həlləri təklif etmək;
  • Komanda ilə birgə işləyərək layihələrin uğurla tamamlanmasına dəstək olmaq;
  • Müştəri rəylərinə əsasən dizaynlarda dəyişikliklər edərək müştəri məmnuniyyətini təmin etmək;

Tələb olunan bacarıqlar:

  • Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmə bacarığı;
  • Tipoqrafiya, rəng nəzəriyyəsi və vizual kompozisiya üzrə biliklər;
  • Layihələrin idarə edilməsi və vaxtın səmərəli istifadə bacarığı;
  • Müştəri tələblərini vizual həllərə çevirmək bacarığı;
  • Kreativ düşüncə və yeni dizayn trendlərini izləmə qabiliyyəti;
  • Komanda ilə əməkdaşlıq və ünsiyyət bacarığı;
  • Araşdırmaçı, yaradıcı və innovativ olmaq, detallara diqqət yetirmək bacarığı.

Bizim təkliflərimiz:

  • Əmək haqqı: 400 - 800 AZN;
  • Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş mühiti;
  • Gələcək karyeranızı inkişaf etdirmək üçün geniş imkanlar;
  • Əmək haqqı müsahibə zamanı müzakirə ediləcək;
  • İş qrafiki: 5/7 - Bazar ertəsi – Cümə: 10:00 – 19:00.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Junior Qrafik Dizayner qeyd edərək e-mail ünvanına göndərə bilərlər.
Şirkət haqqında daha ətraflı məlumatla burada tanış ola bilərsiniz.

Make Agency tərəfindən digər vakansiyalar