İşin təsviri
Vəzifə öhdəlikləri:
- Əmək haqqının hesablanması və əməkdaşların əmək haqqı kartlarına köçürülməsi; (1C proqramı və bank sistemi vasitəsilə)
- Əlavə əmək haqlarının (bonusların, əlavə iş saatlarının, yanacaq xərclərinin və digər əlavə ödənişlərin) 1C sisteminə daxil edilməsi, məzuniyyətlərin hesablanması, son-haqq hesabların verilməsi, xəstəliyə görə müavinatların hesablanması, avansların verilməsi, vergilərin hesablanmasına nəzarət;
- Sənədlərinin hazırlanması və qovluqlara yığılması;
- Əmək haqlarının verilməsindən sonra ehtiyac olduqda işçilərə əmək haqları (əlavə əmək haqları, hesablanmış məzuniyyətlər və s.) barəsində məlumatların verilməsi; (telefonla, e-mail poçt ünvanlarına və ya şifahi formada)
- Ezamiyyətin ödənilməsi və avans hesabatının aparılması; (1C proqramı və bank sistemi vasitəsilə)
- Ezamiyyət ödənişlərinin işçilərin kart hesablarına köçürülməsi;
- Ezamiyyətə gedən əməkdaşlara köçürülən ezamiyyə ödənişlərinin avans hesabatının aparılması və sənədlərinin hazırlanması;
- Rəsmi Statistika hesabatının hazırlanması və təqdim edilməsi; (ayda bir dəfə)
- “4 ƏMƏK N-li forma” hesabatının hazırlanması; (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu barədə)
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)"nın tərtib ediməsi və göndərilməsi (Vahid Bəyannamə) – Rüblük;
Namizədə verilən tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə)
- Ən azı 2 il müvafiq sahədə iş təcrübəsi
- Azərbaycan dili əla, rus dili yaxşı, ingilis dili orta
- Rəsmi hesabatlara aid proqram və cihazlarda işləmək
- Vergi uçotu üzrə və mühasibatlıqla bağlı yerli qanunvericilik haqda biliklərə malik olma
- Komandada işləmək bacarığı; analitik zəka, rəqəmlərlə işləmək
Əmək haqqı: 800 AZN
İş qrafiki: 5 günlük iş qrafiki
Müraciət qaydası: CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - Mühasib (əmək haqqı üzrə) yazmaqla göndərə bilərsiniz.
Email: [email protected]