Vergi və maliyyə xidmətləri şöbəsinin əməliyyatçısı (əməliyyatçı mühasib)

  • BERC Group
  • Elanın qoyulma tarixi: 19.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Müəssisələrin onlayn kargüzarlıq və şəxsi hesab vərəqələrinə gündəlik nəzarətin edilməsi
  • Müqavilə, hesab-faktura, üzləşmə aktı və digər sənədlərin hazırlanması
  • Elektron qaimələrin yazılması
  • Ölkədaxili və ölkəxarici bank köçürmələrinin həyata keçirilməsi
  • Elektron qaimə və idxal bəyannaməsinə əsasən anbar uçotunun aparılması
  • Müəssisələrin idxal və ixrac əməliyyatlarının izlənilməsi
  • Müəssisələrdə debitor, kreditor və avansların uçotunun aparılması
  • Müəssissələrlə bağlı olan əməliyyatların vaxtında və düzgün şəkildə 1 C proqramına işlənilməsi.
  • Xidmət göstərilən müştərilərə və rəhbərə müvafiq hesabatların verilməsi
  • Texniki əməliyyatlar üzrə müştərilərin sorğularının cavablandırılması

Vəzifəyə dair tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil
  • Analoji sahə üzrə minimum 1 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
  • Yaş: 22-35 yaş;
  • Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələri haqqında məlumatlı olmaq
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;

Vəzifə funksiyalarına uyğun formada təkmilləşmək istəyirsinizsə, siz həmçinin aşağıdakı linkdən keçid edərək "Biznes maliyyəsinin idarə olunması" proqramına müraciət edə bilərsiniz.   https://www.bercacademy.az/kopyas%C4%B1-d%C3%B6vl%C9%99t-qullu%C4%9Fu

Bacarıq və səriştələr

  • Ünsiyyətcil olmalı;
  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı 
  • Rəqabət qabiliyyətli əmək haqqı
  • Korporativ nömrə və danışıq paketi
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV - lərini 20.11.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “əməliyyatçı mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.

Email: [email protected]