İşin təsviri
İş barədə məlumat:
- Sosial media üçün gündəlik vizualların (post, story, reel cover, carousel) hazırlanması
- Reklam kampaniyaları üçün banner, poster, cover, flyer, roll-up, billboard dizaynı
- Brend identikasına uyğun dizaynların hazırlanması və tətbiqi
- “Key Visual” və kampaniya üçün kreativ konseptlərin işlənməsi
- Onlayn və offline tədbirlər üçün vizual materialların yaradılması
- Şirkətin məhsul və xidmətləri üçün kataloq, broşür, buklet və digər çap materiallarının hazırlanması;
- Brend kitabçasına uyğun rəng, font, element və vizual dilin tətbiqi
- Şirkətin vizual üslubunu qorumaq və inkişaf etdirmək
- Bütün vizualların eyni stil və brend xəttində olmasını təmin etmək
- Kampaniyalar üçün kreativ ideyaların hazırlanması
- SMM mütəxəssisi ilə birlikdə kontent planına uyğun dizayn hazırlamaq
- Rəqəmsal marketinq komandası ilə birlikdə reklam vizuallarının optimallaşdırılması
- Çap materialları üçün CMYK, rəqəmsal dizaynlar üçün RGB formatlarında işləmək
- Bütün dizaynların düzgün ölçü, həcm və keyfiyyət standartlarına uyğun hazırlanması
- Faylların düzgün adlandırılması, arxivləşdirilməsi və sistemləşdirilməsi
Vəzifəyə dair tələblər və bacarıqlar:
Vəzifəyə dair tələblər:
- Təcrübə: Müvafiq sahədə minimum 1-3 illik iş təcrübəsi
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil.
- Sertifikatlar: Beynəlxalq sertifikatların olması üstünlükdür.
Proqram Bilikləri:
- Adobe Photoshop – professional səviyyə
- Adobe Illustrator – professional səviyyə
- Adobe InDesign – yaxşı səviyyədə
Əlavə Proqram Bilikləri (üstünlükdür)
- Figma
- Adobe After Effects / Premiere Pro (motion design/video)
- Canva (sürətli vizuallar üçün)
- 3D dizayn proqramları (Blender, Cinema4D) – üstünlükdür
Texniki səriştələr:
- Dizayn trendlərindən xəbərdar olmaq
- Rəng texnologiyalarını bilmək
- Gündəlik verilən dizayn tapşırıqlarını yerinə yetirmək
- Portfolioya sahib olmaq və təqdim etmək (mütləq tələbi)
Davranış səriştələri :
- Brendə uyğun yaradıcı vizuallar yaratmaq
- Fərqli və cəlbedici dizayn həlləri təklif etmək
- Yeni ideyalar generasiya etmək və kreativ proseslərdə aktiv iştirak etmək
- Gündəlik dizayn tapşırıqlarını vaxtında və keyfiyyətli yerinə yetirmək
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Korporativ nömrə və danışıq paketi;
- İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
- Nahar yeməyinin təşkili.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər:
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.