İşin təsviri
                
                
                                
                Təlim və təcrübə proqramının əhatə etdiyi mövzular:
	- Biznes təhlili, tədiqiq və risklərin müəyyən olunması
 
	- Biznes ideyaların formalaşdırılması (startaplar), biznesin qurulması və idarə olunması
 
	- Biznes strategiyaların formalaşdırılması və yazılması
 
	- Biznesin planlaşdırılması və biznes planın hazırlanması
 
Təcrübəçilərə dair tələblər:
	- 3 və 4-cü kurs bakalavr tələbələri
 
	- Magistratura tələbələri
 
	- İqtisadiyyat, biznesin idarə olunması, maliyyə, mühasibat, riyaziyyat və əlaqəli ixtisaslar (bu ixtisaslardan olmayan, biznes layihələrin idarə olunması sahəsi üzrə xüsusi marağı və bacarığı olan şəxslərin müraciətlərinə də baxıla bilər)
 
	- Rus və ingilis dili biliyi üstünlükdür
 
Təlim və təcrübə proqramı haqqında məlumat:
	- Təlim və təcrübə proqramı 8 saatlıq nəzəri təlim və 3 aylıq praktiki hissədən ibarətdir. 
 
	- Auditoriyanın bilik və bacarıqlarına əsasən, ehtiyac olarsa əlavə nəzəri təlimlər təşkil edilə bilər.
 
	- Praktiki hissədə təcrübəçilər gündəlik 2 saatdan, aylıq 40 saatdan çox olmayaraq iştirak edir.
 
	- Namizədlərin nahar və nəqliyyat xərcləri şirkət tərəfindən qarşılanır.
 
	- Proqram müddətində fərqlənən tələbələr təhsillərinə paralel olaraq işlə təmin edilə, həmçinin təqaüd əldə edə bilər.
 
	- Proqramın birinci mərhələsini uğurla bitirən şəxslərə sertifikat verilir.
 
	- Proqramın birinci mərhələsini uğurla bitirən şəxslər proqramın ikinci mərhələsinə keçid hüququ əldə edir.
 
	- Proqramın birinci mərhələsi üzrə seçim 30.10.2024-cü il tarixədək davam edəcək.
 
Bacarıq və səriştələr
	- Ünsiyyət qabiliyyəti;
 
	- İnandırma və təqdim etmə bacarığı;
 
	- Komandada işləmək bacarığı;
 
	- Analitik təhlil qabiliyyəti;
 
	- Sorğu aparmaq və məlumatları toplamaq bacarığı (maliyyə, bazar, iqtisadiyyat v.s).
 
Qeyd olunan tələblərə uyğun gələn namizədlər göstərilən müraciət linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Ünvan: Bakı şəh, Nəsimi rayonu,Tbilisi prospekti, 3007-ci məhəllə,44C