İstehsalat mühəndisi

  • ALCO MMC
  • Elanın qoyulma tarixi: 21.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Əlaqədar ixtisas üzrə Ali təhsil (Bakı Ali Neft Məktəbi və ya Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil arzuolunandır);
  • Əlaqədar sahədə yüksək biliklərə sahib olmalıdır;
  • Azərbaycan, İngilis dili və Rus dillərini bilməlidir;
  • Texnoloji proseslərə aid metodiki və normativ materiallar üzrə biliklərə malik olmalıdır;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.

Vəzifə funksiyaları:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək; avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • İstehsal ediləcək məhsulların normalarının işlənib hazırlanması və avtomatlaşdırılmış istehsal prosesini təşkil etmək;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanmasına, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsində, avadanlıqların sınaqdan keçirilməsində, bina və qurğuların yenidən qurulmasında iştirak etmək, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri həll etmək.

İş yeri: Sumqayıt Kimya Sənaye Parkı ərazisi, AMINOL sürtkü yağları zavodu

Maaş: 900-1000 AZN

CV-lərinizi müraciət et bölməsində qeyd olunan e- mail ünvanına göndərməyiniz xahiş olunur.

Tel: 0125056810

Tel: 0125056811

Email: [email protected]