Vergi işləri üzrə məsləhətçi

  • Unimetal
  • Elanın qoyulma tarixi: 27.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması
  • Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması
  • Mənfəət və zərər hesabatının tərtib edilməsi
  • Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi
  • Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması
  • Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması
  • Debitorlar üzrə qalıqların yoxlanılması
  • Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi
  • Proqnoz balansının hazırlanması
  • Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi
  • Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi

Namizədə tələblər:

  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması
  • İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalvr və ya daha yüksək təhsil dərəcəsi
  • Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi və hesabat və ya digər oxşar sahələrdə minimum 3 il iş təcrübəsi
  • Ümumi mühasibat uçotu prinsipləri sahəsinin yaxşı anlayışı
  • Vergi konsaltingi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
  • Microsoft Office (Word, Excel) proqramları üzrə mükəmməl biliyin olması
  • Güclü tədqiqat və analitik düşünmə qabiliyyəti və məsələlərin həllində təşəbbüsün göstərilməsi
  • Hesabatların hazırlanması və yazı bacarıqları
  • Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq
  • Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı
  • Yaxşı ünsiyyət qurma bacarığı

İş şəraiti:

  • AR Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi (şənbə- yarım gün)
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: razılaşma yolu ilə
  • Ünvan: Bakı şəh, N.Nərimanov ray., Z.Bünyadov pros.,122A

Namizədlərdən  CV-lərini “vergi işləri üzrə məsləhətçi" başlığı ilə göndərmələri xahiş olunur.

Email:  [email protected]