Satınalma üzrə mütəxəssis

  • Araznet MMC
  • Elanın qoyulma tarixi: 03.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzi̇fə Öhdəli̇kləri̇:

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili, xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlərin vaxtında təqdim olunması)
  • Təhlillərin aparılması və hesabatların hazırlanması.

Nami̇zədə Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi ;
  • Kompüter bilikləri -MS Office (Word,Excel,Outlook) ; 
  • Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
  • Dil bilikləri: Azərbaycan,  ingilis (yüksək səviyyədə), rus dili biliyi üstünlükdür;
  • Məsuliyyətlilik,  planlaşdırmaq, komandada işləmək bacarıqları;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları.

Maraqlanan namizədlər CV-lərini elektron ünvanına "Satınalma üzrə mütəxəssis" başlığını qeyd edərək göndərə bilərlər.

Email: [email protected]