Aqronom

  • Green Tech
  • Elanın qoyulma tarixi: 04.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində bilik və təcrübə;
  • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri sahəsində bilik və təcrübə;
  • Herbisidlər, fungisidlər, insektisidlər və digər zəhərli kimyəvi maddələr, onların təsiredici maddələri və istifadəsi sahəsində bilik və təcrübə;
  • Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama, suvarma rejimləri üzrə  proqramların hazırlanması; 
  • Periodik olaraq istixanada yetişdirilən bitkilərlə bağlı hesabatların hazırlanması.

Tələblər:

  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili
  • Təhsil: Ali təhsil, (seçim Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları tərəfindən göndərilmiş müraciətlərdə aparılacaqdır);
  • İdarəetmə təcrübəsi, analitik düşünmə qabiliyyəti;
  • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq bacarığı;
  • Kompüter bilikləri: MS Office, Outlook;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aqronom” şəklində göstərməyiniz xahiş olunur.

Email: [email protected]