İşə qəbul üzrə mütəxəssis

  • Cronos MTK
  • Elanın qoyulma tarixi: 02.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İxtisas tələbləri:

  • Ali təhsil (bakalavr dərəcəsi); 
  • Azərbaycan dilini yazılı və şifahi mükəmməl bilmək (ingilis və rusları dilləri arzu olunandır);
  • İşə qəbul və namizədlərin seçimi sahəsində ən azı 5 illik iş təcrübəsi (inşaat sahəsində təcrübəsi olana üstünlük veriləcək);
  • İşə qəbul sahəsində sertifikatlar (arzu olunandır);
  • Kompüter bilikləri üzrə: MS Office (word/excel), Outlook və Power Point proqramlarını mükəmməl bilməlidir.

Əsas vəzifə və öhdəlikləri:

  • Müvafiq departament/şöbələrdən daxil olan işçi ehtiyacı sorğuları ilə bağlı iş elanlarının verilməsi (kütləvi informasiya vasitələri, yerli elanlar və s.), namizədlər ilə müsahibə mərhələlərinin təşkil edilməsi;
  • Açıq vakansiyalar üzrə elanların hazırlanması;
  • Namizədlərlə ilkin telefon müsahibəsini keçirmək;
  • İşə qəbul zamanı namizədlər ilə bağlı sosial sorğunun minimum 3 mənbədən toplanması;
  • Sınaq müddətində olan əməkdaşların qeydiyyatının aparılması və nəzarət edilməsi;
  • Müsahibələrin nəticələri haqında uğursuz namizədlərə məlumatın verilməsi; 
  • İşə qəbul prosesinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək;
  • İşə qəbul prosedurların tələblərinə riayət etmək və müvafiq departament/şöbə/ tərəfindən onların icra olunmasına nəzarət etmək;
  • Vakansiyalar üzrə maraqlı namizədlərdən CV-lərin toplanması və ilkin baxışdan keçirilməsi (CV skrininq);
  • CV bazaya daxil olan CV-lər və müraciətlərin müvafiq təsnifatlara görə müəyyənləşdirilməsi və uyğun namizədlərin seçilərək tövsiyə edilməsi;
  • Ali məktəblərin Karyera Mərkəzləri və Əmək yarmarkalarında iştirak edərək şirkətin təmsil olunması;
  • İşə qəbul uçotunun aparılması və sənədlərinin arxivləşdirilməsi.

İşçi aşağıdakı bilik, bacarıq və keyfiyyətlərə malik olmalıdır:

  • Vaxtını effektli şəkildə idarə etməyi bacarmaq və vəzifənin icrasını dəqiq, vaxtında bitirmək;
  • İnsanlarla rahat ünsiyyət qurmaq bacarığı;
  • Məqsədyönlü, fəal və təzyiq altında işləmək bacarığı;
  • Güclü analitik qabiliyyətlər;
  • Fikrini izah etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma bacarığı;
  • Öz üzərində daima çalışmalı.

İş şəraiti:

  • Əmək müqaviləsi;
  • İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
  • İş yeri: Bakı şəhəri;
  • Peşəkar həmfikirlər komandası;
  • Peşəkar inkişaf və karyera imkanları;

Maaş gözləntisini CV-də qeyd edin.

 Uyğun namizədlər vakansiyanın adını (İşə qəbul üzrə mütəxəssis) mövzu hissəsində qeyd edib e-mail adresinə CV-nizi göndərin.

Email: [email protected]  

Cronos MTK tərəfindən digər vakansiyalar