Memar-Dizayner

  • Cronos MTK
  • Elanın qoyulma tarixi: 21.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yaşayış binalarının (fərdi yaşayış evləri, kotteclər, villalar daxil olmaqla), Ticarət obyektlərinin, İnzibati və digər təyinatlı binaların Memarlıq Layihələrinin və eləcədə mənzillərin, ofislərin, kafe və restoranların İnteryer Dizayn Layihələrinin hazırlanması;
  • Bütün Layihələrin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun, komfort, erqonomik və funksional planlaşdırılma əsasında müəyyən edilmiş vaxt çərçivəsində hazırlanması;
  • Obyektlərdə ölçü işlərinin aparılması;
  • Baş Planın hazırlanması;
  • İlkin eskiz layihənin və layihənin (işçi layihə daxil olmaqla) hazırlanması;
  • Memarlıq Planının hazırlanması;
  • Kəsimlər;
  • Ölçü Planının hazırlanması;
  • Mebel Planının hazırlanması;
  • Elektrik Planının hazırlanması;
  • Santexnik Planının hazırlanması;
  • Tavan Planının hazırlanması;
  • Tavanda İşıqlandırma nöqtələrinin yerləşdirmə Planının hazırlanması;
  • Divar açılışları;
  • Döşəmə Planının hazırlanması və s.
  • Eksteryer və İnteryer 3D görünüşlərin hazırlanması.
  • ması.

Tələb olunan təhsil və biliklər:  

  • Müvafiq sahədə ali təhsil (Memar diplomu);
  • Müvafiq sahədə iş təcrübəsi;
  • Kişi namizədlər nəzərdə tutulmuşdur.
  • Tikinti Şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
  • Müvafiq kompüter proqramlarını bilmək (ArchiCAD, AutoCAD, 3dMax, Vray, Corona və s.);
  • Əllə eskizləri çəkmək bacarığı arzu ediləndir;
  • İngilis və rus dillərini bilmək arzu ediləndir;
  • İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;
  • Tapşırılan işi vaxtında yerinə yetirmək;
  • Kreativ, zöqlü, sürətli işləmə bacarığı;
  • Müstəqil və komanda şəklində işləmək bacarığı.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV- lərini elektron poçtuna göndərə bilərlər.

Cronos MTK tərəfindən digər vakansiyalar