Problemli kreditlər üzrə baş mütəxəssis (Şəmkir)

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 29.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas iş funksiyaları:

  • Gecikmədə olan kredit sənədlərinin təhlil olunması - Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi; 
  • Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması,vizitlərin həyata keçirilməsi , iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Problemlərin həll olunması vəziyyətindən asılı olaraq sənədlərin müvafiq struktur bölmələrinə təqdim edilməsi;
  • Məhkəmə və icra qurumları ilə qarşılıqlı fəaliyyət.

Tələblər:

  • Ali təhsil; 
  • Bank və ya BOKT sektorunda problemli kreditlərlə bağlı ən azı 2 illik iş təcrübəsi; 
  • İnsanlarla ünsiyyət qurma bacarığı;
  • Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma; 
  • Analitik qabiliyyət; 
  • Azərbaycan dilində səlist danışıq bacarığı; 
  • MS Office proqramlarında işləmə bacarığı

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Problemli kreditlər üzrə baş mütəxəssis” başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan  namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.