Keyfiyyətə Nəzarət üzrə İnşaat Mühəndisi

  • Cronos MTK
  • Elanın qoyulma tarixi: 29.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası, Keyfiyyətə nəzarət və Keyfiyyətin İdarəedilməsi planının, prosedurlarını hazırlamaq, hazırlanma prosesinə nəzarət edilmək;
  • Təlim Planını hazırlamaqvə həyata keçirmək;
  • Təhlükəsizlik və keyfiyyətin idarəsi üzrə aylıq  hesabatı hazırlamaq və Rəhbərliyə təqdim etmək.
  • İşin spesifikasiyası haqqında məlumatlı olmaq, öz işinin tətbiqinə dair sənədlər, o cümlədən Nəzarət və sınaq Planı, Prosedurlar, İşin İcra Üsulları əsasında qurmaq.
  • Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək, saxlamaq, yoxlamaq, tələb olunan keyfiyyət sənədlərini isə aidiyyəti üzrə göndərmək;
  • İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
  • Sahədə işlərin keyfiyyətinin pisləşməsi səbəblərini analiz və tədqiq etmək, problemlərin aradan qaldırılması üzrə tədbirlər görmək;
  • Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək;
  • İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq;
  • Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
  • Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq.
  • Fəaliyyət göstərdikləri sahədə, işçilərə sənədlərin (prosedur, təlimat, forma və s.) istifadəsi, məlumat, sənəd və istehsal qeydləri və İdarəetmə sistemlərinin təcrübə və işinə uyğun digər məlumatlar vermək, dəstək olmaq, zəruri maarifləndirmə işlərini aparmaq.
  • Sahədəki bütün materialların keyfiyyətini yoxlamaq və layihə tələblərinə uyğunluğunu təmin etmək;
  • Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq etmək və həyata keçirmək. Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparmaq və müvafiq düzəliş tədbirlərini müəyyən etmək;
  • Materialların texniki sənədlərlə təsdiq edilmiş tələblərə, təchizatçılarla imzalanan müqavilələrin şərtlərinə uyğunluğunu yoxlamaq;
  • Mühəndis kommunikasiya sistemlərini sınaqdan keçirmək və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
  • Qruplar, bölmələr və layihələr (tikinti) əsasında İdarə sistemlərinin sənəd və qeydlərini paylamaq, onlara nəzarət etmək.
  • Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
  • Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək;
  • Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə məlumatlandırmaq: 
  • İdarə sistemləri çərçivəsində gördüyü işlərdə, işlədiyi strukturu təmsil edərək, bu işlərə lazımı əlavələr etmək üçün, habelə yoxlamalarda və ya yoxlamalardan kənar müəyyən edilən və ya qarşıya çıxa biləcək uyğunsuzluqlar barədə. 
  • Vaxtaşırı ərazidə tikinti prosesinin izlənməsi və nəzarət edilməsi, keyfiyyət standartlarına uyğun gəlməməsi halında və ya keyfiyyətin təmin edilməsi ilə bağlı hər hansı potensial problem barədə;
  • Tikinti sahələrində yerinə yetirilən işlər (xidmətlər): 
  • keyfiyyətə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək. Keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək;
  • Sub-podratçılarla iş: keyfiyyətə nəzarət planlarının və hesabatlarının nəzərdən keçirilməsi, yoxlanması və təsdiqlənməsi. Keyfiyyət göstəricilərinə uyğun qiymətləndirilməsi və seçimi ilə bağlı SƏTƏM və Layihənin digər müvafiq əməkdaşları ilə sıx mütəmadi əlaqə;
  • İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması;
  • İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və təsdiqlənməsi;
  • Yoxlama və testləri həyata keçirmək üçün müvafiq standartların hazırlanması və test metodlarına nəzarət;
  • Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
  • ISO 9001, ISO 14001, OHSAS 18001 standartlarının tətbiqi;
  • İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
  • Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyniliyinin izlənilməsi;
  • İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi;
  • 3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək;
  • Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi;
  • Gələn Yoxlama Bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirmək;

Tələblər:

  • Ali texniki təhsil (İnşaat mühəndisliyi sahəsində Ali təhsili olanlara üstünlük veriləcək(bakalavr dərəcəsi))
  • Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti, ingilis dili arzu olunandır
  • Beynəlxalq Layihə və ya Təşkilatda iş təcrübə üstünlükdür
  • Detallara diqqətli yanaşmaq;
  • Güclü analitik düşünmə bacarıqları;
  • ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
  • İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi vəzifəsinə ali inşaat ixtisas təhsilli və ixtisası üzrə mütəxəssis olaraq azı 5 il iş stajı
  • İSO 9001:2015,İSO 22000:2018 sertifikatları olmalı;
  • Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
  • Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər;
  • Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point, Outlook), Autocad proqramlarında sərbəst işləmək;
  • Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
  • Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
  • Nəzarət və qərar qəbul etmə qabiliyyəti;
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
  • Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.

Bilməlidir:

  • 9001:2015,İSO 22000:2018 standartının əsaslarını;
  • Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
  • Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
  • Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 
  • 6 günlük iş rejimi
  • Həftə içi günlər saat 10:00-dan 18:00-dək
  • Şənbə günü 10:00-dan 16:00-dək
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müzakirə olunacaq.

Uyğun namizədlər CV-lərini “Keyfiyyətə Nəzarət üzrə İnşaat Mühəndisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Email: [email protected]  

Cronos MTK tərəfindən digər vakansiyalar