Hesab və ödəniş xidmətləri üzrə satışın həyata keçirilməsi;
Gəlirliyin artırılmasında və təyin edilmiş satış hədəflərinə nail olmaqda müştəri menecerlərinə satışla əlaqəli dəstəyin göstərilməsi;
Mütəmadi olaraq məhsul gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi;
Məhsul dövriyyəsinin gözlənilən həcmdə olmasına dəstək göstərilməsi;
Hesab və ödəniş xidmətləri ilə bağlı problemlərin aradan qaldırılması;
Araşdırmalar apararaq məhsulların optimallaşdırılması və yeni məhsul üzrə inkişaf təşəbbüslərinin yaradılması;
Hesab və ödəniş xidmətlərinin davamlı inkişaf etdirilməsi üçün yerli bazar üzrə və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf istiqamətlərinin göstərilməsi;
Nağd vəsaitlərin idarəedilməsi, korporativ məhsul xətlərinin formalaşdırılması və dəstəklənməsi;
Məhsulun xüsusiyyətləri haqqında bilik və təcrübənin komanda daxilində bölüşdürülməsi;
Potensial məhsul inkişafı üzrə biznes modelinin yaradılması, yeni məhsulların hazırlanması və idarəedilməsi;
Müntəzəm olaraq PSP-lər üzrə bazarın nəzarətdə saxlanılması, müvafiq texniki və biznes təkliflərin hazırlanması.
Sizdən nə tələb olunur?
Təhsil: İqtisadiyyat, İT, Riyaziyyat və digər əlaqəli sahə üzrə Bakalavr təhsili
Xarici dillər: İngilis
Komputer bilikləri:
Verilənlərin analizi alətləri
Excel biliyi
Link analiz alətləri
Əsas bankçılıq sistemləri
Kart tətbiqləri
Kibertəhlükəsizlik sistemləri üzrə biliklər
Frodun idarəedilməsi sistemləri
İş təcrübəsi: Fintech plaformaları üzrə (mobil ödənişlər, rəqəmsal bankçılıq) təcrübə
Digər:
Acquiring (E.com and POS) və issuing (card) üzrə biliklər
Fintech istiqamətində bazarı tanımaq və analiz etmək bacarıqları
Fintech (PSP) -lərin iş sxemi üzrə məlumatlılıq
E-commerce istiqamətində Virtual POS iş sxemi üzrə məlumatlılıq