Satış və Biznes inkişafı üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  •  Korporativ satış planının təhlil risklərin müəyyən edilməsi;
  • Əldə edilmiş nəticələrin təhlil olunaraq proqnozların verilməsi;
  • Yerli bazarın monitorinqini, rəqiblərin qiymət və marketinq təkliflərini araşdırmaq;
  • Bazar araşdırması kimi öhdəliklərin yerinə yetirilməsi;
  • Müxtəlif istiqamətlərdə yeni partnyorların araşdırılması və danışıqların aparılması;
  • Potensial müştəri və tender axtarışında iştirak etmək;
  • Müştərilərlə sıx əlaqədə olmaq, borc öhdəlikləri barəsində məlumat vermək və portfeli mütəmadi izləmək;
  • Müştəriləri və biznes mühitini təhlil etməklə xidmətlər üzrə təkliflərin hazırlanması;
  • Şirkətin fəaliyyətini təhlil edib, hesabatların hazırlanması;
  • Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil(iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə üstünlükdür);
  • Yaş: 24-40
  • Satış və biznes inkişafı sahəsində məlumatların toplanması, analizi sahəsində minimum 3 il iş təcrübəsi;
  • İnformasiyanın təhlil, araşdırma, analiz və təqdimat bacarığının olması;
  • Yüksək səviyyədə Excel biliyi;
  • Müşahidə, strateji və analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma, komandada və fərdi şəkildə işləmək bacarığı;
  • Azərbaycan dilində fikrini rahat ifadə etmə bacarığı (ingilis, rus dili biliyi olanlara üstünlükdür);
  • Şirkətin satış həcminin artırılmasına dəstək;
  • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı olan namizədlər;

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 800-900₼

 Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində Satış və Biznes inkişafı üzrə mütəxəssisqeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]