Təchizat üzrə mütəxəssis

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Mal alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi
  • Tədarükçülərlə danışıqların aparılması və müqavilələrin bağlanması
  • Alınacaq məhsulların etiketlərinin tərcüməsini elətdirmək, məhsulların məlumatını əldə etmək
  • Sifarişlə əlaqədar dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciətin edilməsi, nəzarətdə saxlanılması
  • Sifarişə dair gömrük yoxlanışı zamanı çıxan problemlerin həll olunması üçün bilavasitə iştirak etmək
  • Sifariş olunan mallar üzrə stok səviyyəsinə nəzarət etmək
  • Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi

Vəzifə tələbləri:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi 
  • MS Office , xüsusilə Excel proqramını əla bilmək
  • Azərbaycan, Rus, və İngilis dillərini səlis bilmək 
  • Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək
  • Problemləri operativ həll etmək
  • Yüksək ünsiyyət bacarığı
  • Punktuallıq və detallara diqqət etmə bacarığı
  • Analitik düşünmə və təhlil etmə qabiliyyəti
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.   

İşəgötürənin reytinqi