Satış Nümayəndəsi

  • Horeca
  • Elanın qoyulma tarixi: 25.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin təsviri:

  • Mütəmadi olaraq potensial müştərilərin axtarılması;
  • Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və satışı;
  • Mövcud müştərilərlə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu;
  • Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimin aparılması;
  • Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə verilməsi;
  • Müştərilər üçün qiymət təklifi paketini hazırlamaq.

Şərtlər:

  • Rəqabətə davamlı əmək haqqı və satışa görə bonuslar
  • Əmək haqqı 800-1000 AZN
  • İş qrafiki həftə içi 09:00 – 18:00, şənbə, bazar-istirahət günü
  • Müntəzəm yerli və xarici təlimlərin verilməsi
  • AR  qanunvericiliyinə əsasən sənədləşmə 
  • Yanacaq və telefon danışıq haqqının verilməsi  
  • Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
  • Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı

Namizədə tələblər:

  • Şəxsi avtomobil mütləq olmalıdır.
  • Ali təhsil
  • Sürücülük vəsiqəsi (B kateqoriya)
  • HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi
  • Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı 
  • Ünsiyyət qurmaq və inandırmaq bacarığı

CV-lərinizi 15 oktyabr 2022 il tarixinə qədər göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur.

Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Zənglər qəbul edilmir. şirkət haqqında www.horeca.com.az saytından məlumat alabilərsiniz.