Aktuar hesablamalar üzrə mütəxəssis - Aktuari

İşin təsviri

Namizədə aid tələblər:

  • Ali təhsil: Riyaziyyat, İqtisadiyyat, Statistika, Biznesin idarə edilməsi, Komputer Elmləri və ya Kibernetika sahəsində bakalavr dərəcəsi.
  • İş təcrübəsi: Sığorta təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (yaxşı/əla) və Rus (arzu olunan).
  • Kompüter bilikləri: MS Office proqramlarında (Excel yüksək səviyədə) işləmək bacarığı, məlumatların təhlili, proqramlaşdırma və SQL üzrə biliklər arzu olunandır.
  • Digər: Riyazi düşünmə, alqoritm qurma və komandada işləmək bacarığı.
  • Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Aktuar və digər hesabatların hazırlanması prosesində iştirak etmək.
  • Risklərin müəyyən edillərək idarə olunması prosesində iştirak.
  • Uçot jurnalının hazırlanması prosesində iştirak.
  • Müvafiq araşdırma, tədqiqat, təhlil işlərinin aparılmasında iştirak.
  • Rəhbərlik tərəfindən tapşırılan digər vəzifələri həyata keçirmək. 

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır.
  • Könüllü tibbi sığorta.
  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
  • Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.

Məlumatlandırıcı qeydlər:

Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Aktuari) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.

Email:  [email protected]