Arxiv şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 22.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Arxiv şöbəsinə  Baş ofisdən və filiallardan  təhvil verilməli olan  qovluq və bağlamaların   müvafiq prosedurun tələblərinə əsasən yoxlanılaraq təhvil – təslim aktı əsasənda  qəbul edilməsi;
  • Qəbul edilmiş qovluq  və bağlamaları  uyğun xronoloji ardıcıllıq üzrə rəflərə yığılması;
  • Ehtiyac yarandıqda  sənədlərin tarix və aidiyyəti üzrə qruplaşdırılması, qovluqlara yerləşdirilməsi və reyestrinin tərtib edilməsi;
  • Bəzi arxiv sənədlərinin elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirilməsi və sorğu verən struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron sistem vasitəsi ilə göndərilməsi;
  • Təhvil alınmış sənədlərin təhvil - təslim aktlarının elektron reystrinin təşkil edilməsi;
  • Saxlanma müddəti başa çatmış sənədlərin ayırılması və bu barədə müvafiq aktın tərtib edilməsi;
  • Rəhbər və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız formada saxlanılan sənədlərin müvəqqəti istifadə üçün sorğu edən şəxslərə təhvil verilməsinin təmin edilməsi və s.

Tələblər:

  • Ali təhsil; 
  • Azərbaycan və Rus dillərində səlis danışıq və yazı; 
  • Arxiv sahəsi üzrə minimum 1 il iş təcrübəsinə malik olmaq;
  • Tez öyrənmə bacarıqları, problemlərin həlli və həlli yollarını təklif etmək, detallara diqqət, dəqiqlik, təcili işlərə həssaslıq;
  • MS office proqramlarında işləmə bacarığı;
  • Yaradıcılılıq və təşəbbüskarlıq; 
  • Özünütənqid və məsuliyyətlilik qabiliyyəti.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi