İT biznes həlləri üzrə analitik

İşin təsviri

İş şəraiti: 

Şirkətin təklifi: karyera imkanları, rəqabətqabiliyyətli kompensasiya paketi (illik əsas maaş + şirkətin siyasətinə uyğun olaraq bonuslar) & sosial paket (tibbi sığorta, limitli mobil rabitə, servis, qidalanma və s.).

Ünvan: Xırdalan ş., Şamaxı şosesi

İş qrafiki: bazar ertəsi-cümə 08:00-17:00

Əsas vəzifə öhdəlikləri:

  • İT biznes həlləri ilə bağlı əməliyyat problemlərini araşdırır və onların həllini təmin edir
  • İT biznes həllərinin predmet inzibatçılığı və müşayiətini həyata keçirir
  • İT funksiyasının ümumi planlarına əsasən işləri icra edir
  • Əməliyyat prosedurlarını dəstəkləyir və onların razılaşdırılmış standartlara uyğun olaraq yerinə yetirilməsini yoxlayır
  • İT biznes həlləri ilə bağlı risklərin idarə olunması sahəsində əsas tədbirləri həyata keçirir. Risklər, təhlükələr, boşluqlar və onların azaldılması üçün tədbirlər üzrə sənədləşməni aparır.

Namizədlərə tələblər:

  • Ali təhsil (texniki arzuolunandır) 
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
  • Yaxşı ERP (müəssisə resurslarının planlaşdırılması) və/və ya SFA (satışın avtomatlaşdırılması, CRM) bilikləri
  • Təchizat, satış, logistika sahəsində biznes prosesləri barədə biliklər
  • Biznes proseslərinin (BPMN, UML) vizuallaşdırılması, modelləşdirilməsi və sənədləşdirilməsi sahəsində praktiki təcrübə
  • Yaxşı ünsiyyət bacarıqları və proqram təminatının hazırlanması üzrə layihələrin idarə olunması (büdcə, resursların planlaşdırılması, razılaşmalar və s.) bacarıqları 
  • Sorğuların hazırlanması və relyasiya strukturlu verilənlər bazasına (MS SQL) xidmət barədə biliklər üstünlükdür
  • Scrum, PMP/Prince2, ITIL sertifikatlarının olması arzuolunandır
  • Azərbaycan və Rus dili bilikləri – sərbəst səviyyədə; ingilis dili bilikləri - upper intermediate səviyyəsində
  • Risklərin idarə olunması sahəsində əsas biliklər
  • İcraçılıq və təşəbbüskarlıq

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, gözlənilən əmək haqqı məbləğini qeyd etməklə, CV formasını doldurub, buraya göndərməyiniz xahiş olunur:

Müraciətlər üçün son tarix: 2022-ci il oktyabrın 12-si.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.

İşəgötürənin reytinqi