Müştəri məmnuniyyəti üzrə mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 15.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xüsusi Tələblər:

  • Təhsil: Ali;
  • MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
  • Analitik təhlil bacarığı;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Problemləri effektiv şəkildə həll etmək; 
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
  • Müştərilərə xidmət qaydalarını və metodlarını bilmək; 
  • Stresə davamlı olmaq;
  • Komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Müştəri ərizələri ilə bağlı bütün proseslərə nəzarət etmək;
  • Müştəri ilə ərizə haqqında daha ətraflı məlumat almaq üçün əlaqə saxlamaq;
  • Müştəri məlumatlarının toplanması və sistemə düzgün daxil edilməsinə nəzarət etmək;
  • Proseslərə uyğun olaraq ərizəni lazımi şöbəyə yönləndirmək;
  • Müştərinin ərizəsinə uyğun olaraq müştəri tarixçəsini və məhsul haqqında bütün nüansları dəqiqləşdirmək;
  • Proqrama məlumatların daxil edilməsini təmin etmək;
  • Müştəri bazasını analiz etmək və problemlər haqqında hesabat hazırlamaq;
  • Həftəlik və aylıq hesabatları hazırlamaq;
  • Müştəri məmnuniyyəti ilə əlaqədar olan prosesə nəzarət etmək;

İş şəraiti:

  • İş yeri – Baş ofis;
  • İş qrafiki – 8 saatlıq iş rejimi. 

 

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu hissəsində “Müştəri məmnuniyyəti üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Email:  [email protected]  

İşəgötürənin reytinqi