İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Açılan sifarişləri vaxtında və dəqiq yerinə yetirmək;
- Xarici və daxili şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələr hazırlayıb təsdiq etdirmək;
- Partnyor şirkətlərin məlumat bazasını yaratmaq;
- Sifarişlər üzə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
- Rəhbərlik tərəfindən verilmiş mövzu ilə bağlı tədqiqatlar aparmaq və nəticələr barədə hesabat hazırlamaq;
- Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqlara rəhbərlik etmək;
- Qiymət araşdırması etmək və tenderləri idarə etmək;
- Avadanlıq və mal-material tədarükçülərinin axtarışına nəzarət etmək;
- Təchizat müqavilələrinin şərtlərinin təhlilinə və tədarükün etibarlılığına dair təlimat vermək;
- Təchizatçılardan sifarişlərin hazırlanmasını və vaxtında yerləşdirilməsinə nəzarət etmək;
- Təchizatçılarla müqavilələrin bağlanmasını əlaqələndirmək, sifarişlərin icrası və çatdırılma nəticələrini təhlil etmək və bu barədə rəhbərliyə hesabat vermək;
- Malların daşıyıcısını müəyyənləşdirmək;
- Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasına nəzarət etmək;
- Nəqliyyat planlarının işlənib hazırlanmasına nəzarət etmək;
- Nəqliyyatın texnoloji prosesini təşkil etmək;
- Nəqliyyat və texnoloji prosesin sənəd dövriyyəsini təmin etmək;
- Nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
- Məhsulların daşınması şərtlərini müəyyənləşdirmək, geri qaytarılmış məhsulların qəbulu və yerləşdirilməsi üzrə işləri əlaqələndirmək, yenidən işlənməyə göndərmək;
- Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
- Malların daşınması zamanı, məhsulların saxlanması və daxili hərəkəti zamanı təhlükəsizliyinin təmin edilməsi tədbirlərini təşkil etmək;
- Tabeliyində olan işçilərə rəhbərlik etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- 3 ildən artıq peşəkar iş təcrübəsi;
- Tikinti müəssisələrində iş təcrübəsi mütləqdir;
- Azərbaycan, rus və ingilis dillərində danışıq və yazışma;
- Dəqiq, məsuliyyətli və tapşırıqların vaxtlı-vaxtında icrası.
- Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
- Gömrük və nəqliyyat qanunvericiliyinin əsaslarını bilməlidir;
- Bütün nəqliyyat növləri ilə yük daşımalarının təşkilini bilməlidir;
Maraqlanan şəxslər mövzu yerində “Satınalma şöbəsinin müdiri” qeyd etməklə elektron poçt ünvanına CV göndərə bilərlər.
Email: [email protected]