İT İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

İşin təsviri

Öhdəliklər:

  • Şöbə işçilərinə metodoloji köməklik göstərmək, Şöbə müdiri olmadıqda onu əvəz etmək
  • İnformasiya sistemilərinin təhlükəsizlik risklərini periodik olaraq qiymətləndirmək
  • Yeni qurulacaq sistemlər üçün informasiya təhlükəsizliyi tələblərini və elementlərini müəyyənləşdirmək
  • Şirkətin informasiya sistemlərindəki məlumatlarının əlçatanlığına, məxfiliyinə və tamlığına təsir edən  təhlükəsizlik insidentlərini idarə etmək
  • Səlahiyyətli istifadəçilərin hüquqlarını periodik olaraq yoxlamaq
  • Baş vermiş əsas təhlükəsizlik insidentlərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək
  • Loqların tətbiqi mexanizmlərini (rule) hazırlamaq və tətbiqinə nəzarət etmək
  • Bütün informasiya sistemlərinin və infrastrukturun SİEM Monitorinq sisteminə qoşulmasını təmin etmək
  • SİEM Monitorinq sisteminə baxış keçirməklə sistemlərdə baş vermiş informasiya təhlükəsizliyi üzrə insidentləri araşdırmaq 
  • Məlumatların sızmasından mühafizə (DLP) sistemlərinin  tətbiqində iştirak etmək
  • Şirkətin fəaliyyətinin informasiya təhlükəsizliyinin siyasəti ilə uyğunluğunu təmin etmək
  • Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən edərək Şirkətin təhlükəsizlik konsepsiyasının müvafiq icrasını təmin etmək
  • Ən yaxşı təcrübədən istifadə etməklə Şirkət üçün məlumat təhlükəsizliyi standartlarının təkmilləşdirilməsində iştirak etmək 
  • İnformasiya təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunlar ilə uyğunluğa nəzarət etmək
  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək

Tələblər:

  • PAM, DLP həlləri ilə bağlı iş təcrübəsinə;
  • Antivirus və EDR həlləri ilə işləmə bacarığı;
  • SIEM həlləri ilə bağlı təcrübə;
  • Vulnerability scanning proqram təminatı ilə işləmə bacarığı;
  • Yeni nəsil firewall-lar (NGFW) ilə işləmə bacarığı;
  • Veb təhlükəsizlik (Web Application Firewall) haqqında bilgilərin olması;
  • Azure Cloud bilikləri(arzuolunandır);
  • Əməliyyat sistemlərinin təhlükəsizliyi barədə biliklər;
  • Şəbəkə təhlükəsizliyi ilə bağlı biliklər;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər;
  • Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə;
  • Komandada işləmək bacarığına sahib olan şəxsdir.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İT İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

Email:  [email protected]

İşəgötürənin reytinqi