Debitorlar üzrə mühasib

İşin təsviri

Ümumi müddəalar:

  1. Hazırkı vəzifə təlimatı Debitorlar üzrə mühasib əmək funksiyaları, öhdəlikləri, hüquqları  və ona qarşı tələbləri müəyyən edir.
  2. Bu işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəssisənin Direktoru tərəfindən işə təyin edilir və işdən azad edilir.

Əmək funksiyaları:

Əməkdaş aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün cavabdehdir:

  • Müştəri qeydiyyatı şöbəsinin rəhbərliyinə, həmin şöbə  ilə  mehmanxananın xidməti sahələrinin Micros/Opera/Fidelio proqram sistemləri arasında əlaqə qurmağa kömək edir və yaranan çətinlikləri aradan qaldırır
  • Müştərilərə göstərilmiş xidmətləri Opera/Fidelio sistemindən çıxarılmış reportlarla, qonaq imzaları, regsitrasiya kartı, şəxsiyyət və s. təsdiq edici sənədlərlə yoxlayır.Əskik sənədlər olduqda FO işçilərindən tələb edir.
  • Yoxlanmış sənədlər əsasında və Satış şöbəsi tərəfindən imzalatdırılmış Müqavilələr əsasında qonaqlara Hesab-faktura, elektron qaimə göndərir.
  • Qaimələrin göndərilməsi AR Vergi məcəlləsinin müddəalarının tətbiqi əsasında tərtib olunur və bu qaydaların pozulması halında birbaşa məsuliyyət daşıyır.
  • ƏDV-yə 0% və ya ƏDV-dən azad olunan əməliyyatlar tələb olunarsa müştərilərdən sertifikat, bildirişi tələb edir. Əks halda ƏDV məbləğinin itirilməsinə görə məsuliyyət daşıyır.
  • Müştərilərə e-qaimə göndərildikdən sonra debitor borcların (Müqavilə üzrə təyin olunmuş ödəniş vaxtı əsas götürülməklə) yığılmasını təmin edir.
  • Gündəlik bank, kassa və depozit hesablara mədaxil haqqında məlumatları əldə etdikdən  sonra müştərilərə zənglər edir, email yazaraq borcların ödənilməsini tələb edir.
  • Problemli müştərilər olduqda Satış şöbəsini cəlb edərək problemi həll etməyə çalışır.
  • Ayda ən azı iki dəfə Satış şöbəsinin əməkdaşlarının iştirakı ilə kredit-meeting keçirir.
  • Maliyyə direktorunun verdiyi digər tapşırıqları yerinə yetirir.
  • Şəxsi gigiyena və görünüşü qorunmalı və standartlara uyğun olmalıdır.
  • Otel daxilində keçirilən treyninqlərdə iştirak etməli.
  • Təhlükəsizlik texnikasına aid treninqlərdə  iştirak etməli,
  • Mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir. 
  • İş yerini təmiz və səliqəli saxlayır.
  • Rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər:

Bu vəzifəyə namizəd olan şəxslər aşağıdakı bilik, bacarıq və qabiliyyətlərə malik olmalı, vəzifəyə aid əsas funksiyaları, vəzifənin icrasını asanlaşdırıcı tədbirlərin həyata keçirilib – keçirilməməsindən asılı olaraq icra edə bildiyini nümayiş etdirməlidir :

  • “Sapphire Hotels Group” MMC şirkətinin bütün sahələrdəki iş strategiyasının   tələblərinə əməl etmək.
  • “Sapphire Hotels Group” MMC şirkətinin tətbiq və müəyyən etdiyi siyasət və proseduralara əməl etmək.
  • İşçi ilə qarşılıqlı razılaşma əsasında bu vəzifə təlimatı, namizədin fəaliyyəti ərzində istənilən vaxt dəyişdirilə və genişləndirilə bilər.
  • 1 C 8.3 bilikləri
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi

Əmək haqqı: 700 AZN

Müraciət etmək üçün:

Şəkilli CV-nizi e-poçt ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində vakansiyanı qeyd etməyə unutmayın.

Göstərilən vakansiyaya uyğun gəlməyən namizədlərin CV-lərinə baxılmayacaq!

Email: [email protected]  

Sapphire Hotels Group tərəfindən digər vakansiyalar