Xərclərə nəzarət üzrə Mühasib

İşin təsviri

Ümumi müddəalar:

  • Hazırkı vəzifə təlimatı Xərclərə nəzarət üzrə Mühasib əmək funksiyaları, öhdəlikləri, hüquqları  və ona qarşı tələbləri müəyyən edir.
  • Bu işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəssisənin Direktoru tərəfindən işə təyin edilir və işdən azad edilir.

Əmək funksiyaları:

  • Gündəlik qida dəyərinin hesabatının yoxlaması.
  • Malların xarab olmasının, itkisinin səbəbini araşdırmaq.
  • Verilməsi, alınması, qəbul, ötürülməsinə dair qayda və prosedurlara riayət olunmasını təmin etmək.
  • Aylıq inventor prosesi və sistemi sonunda düzgün idarə etmək.
  • Menyu qiymətlərni yazmaq, aylıq hesabatları hazırlamaq.
  • Aylıq bazar qiymətlərnə müşahidə etmək.
  • Ayda ən azı bir dəfə bazar qiymətlərini araşdırıb qiymət siyahısını təqdim etmək.
  • Bütün ərzaq və qeyri-ərzaq mallarını aylıq inventar etmək.
  • Aylıq istifadə olunmuş mallar haqqında hesabatı təqdim etmək.
  • Bütün şöbələr üzrə ayrı-ayrılıqda cost hesabatını təqdim etmək
  • Yanğını, təhlükəsizliyi və sağlamlığı qorumaq                                                                                                                         
  • İşçi kitabı ilə tamamilə anlaşma və orada olan qaydalara riayət etmək
  • Bütün işçilər ilə səmimi və nəzakətli əlaqələr saxlamaq.
  • Şəxsi gigiyena və görünüşü qorunmalı və standartlara uyğun olmalıdır.
  • Otel daxilində keçirilən treyninqlərdə iştirak etməli. 
  • Təhlükəsizlik texnikasına aid treninqlərdə  iştirak etməli,
  • Mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir.  
  • İş yerini təmiz və səliqəli saxlayır.
  • Rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər:

Bu vəzifəyə namizəd olan şəxslər aşağıdakı bilik, bacarıq və qabiliyyətlərə malik olmalı, vəzifəyə aid əsas funksiyaları, vəzifənin icrasını asanlaşdırıcı tədbirlərin həyata keçirilib – keçirilməməsindən asılı olaraq icra edə bildiyini nümayiş etdirməlidir :

  • “Sapphire Hotels Group” MMC  şirkətinin bütün sahələrdəki iş strategiyasının tələblərinə əməl etmək.
  • “Sapphire Hotels Group” MMC    şirkətinin tətbiq və müəyyən etdiyi siyasət və proseduralara əməl etmək.
  • İşçi ilə qarşılıqlı razılaşma əsasında bu vəzifə təlimatı, namizədin fəaliyyəti ərzində istənilən vaxt dəyişdirilə və genişləndirilə bilər.

Bu təlimat iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılır.

Yuxarıda qeyd olunanlar Sizə əmək funksiyalarınızı, rolunuzu anlamanıza yardım etmək üçün tərtib edilmişdir və vəzifələrinizin sonu demək deyil, belə ki, şirkətin fəaliyyəti və qonaqların tələbatlarının ödənilməsi məqsədi ilə dəyişkənlik və gələcəkdə bu vəzifə təlimatında nəzərdə tutulmayan işlərin görülməsi də sizdən xahiş oluna bilər.

Email:  [email protected]

 

Sapphire Hotels Group tərəfindən digər vakansiyalar