Xərclərə nəzarət üzrə Mühasib (cost controller)

İşin təsviri

Ümumi müddəalar:

  • Hazırkı vəzifə təlimatı Xərclərə nəzarət üzrə Mühasib əmək funksiyaları, öhdəlikləri, hüquqları  və ona qarşı tələbləri müəyyən edir.
  • Bu işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəssisənin Direktoru tərəfindən işə təyin edilir və işdən azad edilir.

Əmək funksiyaları:

  • Gündəlik qida dəyərinin hesabatının yoxlaması.
  • Malların xarab olmasının, itkisinin səbəbini araşdırmaq.
  • Verilməsi, alınması, qəbul, ötürülməsinə dair qayda və prosedurlara riayət olunmasını təmin etmək.
  • Aylıq inventor prosesi və sistemi sonunda düzgün idarə etmək.
  • Menyu qiymətlərni yazmaq, aylıq hesabatları hazırlamaq.
  • Aylıq bazar qiymətlərnə müşahidə etmək.
  • Ayda ən azı bir dəfə bazar qiymətlərini araşdırıb qiymət siyahısını təqdim etmək.
  • Bütün ərzaq və qeyri-ərzaq mallarını aylıq inventar etmək.
  • Aylıq istifadə olunmuş mallar haqqında hesabatı təqdim etmək.
  • Bütün şöbələr üzrə ayrı-ayrılıqda cost hesabatını təqdim etmək
  • Yanğını, təhlükəsizliyi və sağlamlığı qorumaq                                                                                                                         
  • İşçi kitabı ilə tamamilə anlaşma və orada olan qaydalara riayət etmək
  • Bütün işçilər ilə səmimi və nəzakətli əlaqələr saxlamaq.
  • Şəxsi gigiyena və görünüşü qorunmalı və standartlara uyğun olmalıdır.
  • Otel daxilində keçirilən treyninqlərdə iştirak etməli. 
  • Təhlükəsizlik texnikasına aid treninqlərdə  iştirak etməli,
  • Mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir.  
  • İş yerini təmiz və səliqəli saxlayır.
  • Rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər:

  • Bu vəzifəyə namizəd olan şəxslər aşağıdakı bilik, bacarıq və qabiliyyətlərə malik olmalı, vəzifəyə aid əsas funksiyaları, vəzifənin icrasını asanlaşdırıcı tədbirlərin həyata keçirilib – keçirilməməsindən asılı olaraq icra edə bildiyini nümayiş etdirməlidir :
  • “Sapphire Hotels Group” MMC  şirkətinin bütün sahələrdəki iş strategiyasının tələblərinə əməl etmək.
  • “Sapphire Hotels Group” MMC    şirkətinin tətbiq və müəyyən etdiyi siyasət və proseduralara əməl etmək.
  • İşçi ilə qarşılıqlı razılaşma əsasında bu vəzifə təlimatı, namizədin fəaliyyəti ərzində istənilən vaxt dəyişdirilə və genişləndirilə bilər.
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi

Əmək haqqı: 500 AZN

Müraciət etmək üçün:

Şəkilli CV-nizi e-poçt ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində vakansiyanı qeyd etməyə unutmayın.

Göstərilən vakansiyaya uyğun gəlməyən namizədlərin CV-lərinə baxılmayacaq!

Email: [email protected]  

Sapphire Hotels Group tərəfindən digər vakansiyalar