Referent/Katibə

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • Kargüzarlığın aparılması, kompüter vasitəsilə müxtəlif əməliyyatların yerinə yetirilməsi; 
  • Birbaşa rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi;
  • Baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubların qəbul edilməsi, qəbul edilmiş qərara əsasən onlara cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə ötürülməsi; 
  • Səlahiyyətləri çərçivəsində ünvanlanan sualların cavablandırılması;
  • Qonaqların qarşılanması; 
  • İşlərin müvafiq qaydada təşkili və icrası; 
  • Rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlərin tərtib edilməsi və məktub müəlliflərinə cavabların hazırlanması;
  • Məlumatların konfidensiallığının qorunması; 
  • Rəhbərliyin tapşırıqlarını aktiv şəkildə, təyinatı üzrə yönləndirilməsi və məruzə edilməsi; 

Namizədə dair tələblər:

  • Ali təhsilli; 
  • Azərbaycan, ingilis və rus dillərini səlis bilmək;
  • İşgüzar yazışmalar aparmaq qabiliyyəti; 
  • MS Office (Word, Excel, PowerPoint, Outlook) kompüter bacarıqları (sərbəst işləmək);
  • Ofis avadanlıqları ilə işləmək bacarığı;
  • Dəqiqlik, məsuliyyət, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək, güclü kommunikasiya qabiliyyəti və komandada işləmək bacarığı; 
  • İşgüzar münasibət etikası;
  • Səliqəli xarici görünüş;
  • Qeyd olunan sahədə əmək stajı 1 ildən 3 ilə

İş şərtləri:

  • Həftə içi 5 gün : 09:00 – 17:00-dək, (nahar vaxtı saat 13:00-14:00).
  • Əmək haqqı – Müsahibə əsasında 
  • Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

Son müraciət tarixi: 14.09.22

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Email: [email protected]