Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Beynəlxalq tərəfdaş sayılan ali təhsil müəssisələri ilə müqavilələrin hazırlanması;
• Əcnəbi vətəndaşlarla işlərin aparılması; əcnəbi vətəndaşların Akademiyada təhsil almalarının təşkili;
• Beynəlxalq konfranslar, seminarlar və digər tədbirlərin təşkilində müvafiq vəzifələrin yerinə yetirilməsi;
• Təhsil siyasətinin inkişafı naminə layihələrin həyata keçirilməsində sənədlərin ilkin formalarının hazırlanması;
• Müxtəlif xarici ali təhsil müəssisələri ilə əlaqələrin qurulmasını təşkil etmək və əməkdaşlığı davam etdirmək;
• Gündəlik sənədləşmə işinin aparılması; mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması;
• Akademiyanın yerli sərgilərdə, konfranslarda, yerli universitetlərin tədbirlərində təmsil olunması;
• Rəhbərliyin digər tapşırıqlarının icrası.

Namizədə dair tələblər:

• Aidiyyəti sahə üzrə ali bakalavr təhsili;
• Azərbaycan, ingilis və rus dillərini səlis bilmək, işgüzar yazışmalar aparmaq və güclü kommunikasiya qabiliyyəti;
• Beynəlxalq əlaqələr sahəsində praktik iş təcrübəsi ən azı 1 il;
• Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• MS Office (Word, Excel, PowerPoint) və Adobe Acrobat bilikləri daxil olmaqla kompüter bacarıqları;

İş şərtləri:

• Həftə içi 5 gün : 09:00 – 18:00-dək , (nahar vaxtı saat 13:00-14:00).
• Əmək haqqı – 450 manat
• Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

Son müraciət tarixi: 15.08.21

Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV formasını “[email protected]” elektron ünvanına göndərərək “mövzu” xanasına vakant vəzifənin adını qeyd etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.