Hüquqşünas

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Akademiyanın fəaliyyəti ilə əlaqədar qanunvericiliyin düzgün tətbiq edilməsi üzrə şərhlər və tövsiyələr vermək, habelə üçüncü şəxslərlə yaranan hüquqi məsələlərə dair rəylər vermək və hüquqi səciyyə daşıyan sorğulara (daxili və xarici) cavablar hazırlamaq;
  • Akademiyada baş vermiş qanunpozuntuları ilə bağlı rəhbərlik qarşısında məsələ  qaldırmaq;
  • Akademiyaya daxil olan və akademiyanın fəaliyyətində tətbiq olunan müqavilə və hüquqi xarakterli digər sənədlərin təhlilini aparmaq, müqavilələrin nümunəvi formalarını hazırlamaq, onların təkmilləşdirilməsini və mövcud olan qanunvericiliyə uyğunlaşdırılmasını təmin etmək;
  • Akademiyanın daxili korporativ sənədlərinin hazırlanmasını təmin etmək, təlimat, qayda və prosedurların ekspertizasını həyata keçirmək, onlara dair rəy vermək;
  • Təsis sənədlərinə edilmiş dəyişikliyin dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Akademiyanın  mülkiyyətində olan daşınar və daşınmaz əmlakının dövlət reyestrində qeydiyyatını  təmin etmək;
  • Sənədlərin notarial  təsdiqlənməsini  təşkil etmək;
  • Məhkəmə, dövlət orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında universiteti təmsil etmək, onun hüquq və mənafelərinin müdafiə olunmasını təmin  etmək, habelə iddia ərizələri hazırlamaq, məhkəməyə etirazlar təqdim etmək;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın  qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini, mülki, mülki-prosessual, əmək, inzibati-xətalar məcəlləsini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
  • Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş əmək funksiyasının yerinə yetirmədiyinə  və universitetə vurduğu zərərə görə;
  • Akademiyada maraqlarının, universitetdə konfidensial hesab edilən  məlumatların qorunmamasına görə;
  • Rəhbərliyin tapşırıqlarını aktiv şəkildə, təyinatı üzrə yönləndirilməsi və məruzə edilməsi; 

Namizədə dair tələblər:

  • Ali təhsilli; 
  • Azərbaycan dilini səlis bilmək;  rus və  ingilis dili (arzuolunandır)
  • İşgüzar yazışmalar aparmaq qabiliyyəti; 
  • MS Office (Word, Excel, PowerPoint, Outlook) kompüter bacarıqları (sərbəst işləmək);
  • Ofis avadanlıqları ilə işləmək bacarığı;
  • Dəqiqlik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək, güclü kommunikasiya qabiliyyəti və komandada işləmək bacarığı; 
  • İşgüzar münasibət etikası;
  • Səliqəli xarici görünüş;
  • Qeyd olunan sahədə əmək stajı 1 ildən 3 ilə

İş şərtləri:

  • Həftə içi 5 gün : 09:00 – 17:00-dək, (nahar vaxtı saat 13:00 – 14:00)
  • Əmək haqqı – Müsahibə əsasında
  • Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvana göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.