Müəllim (Biokimyanın əsasları)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bakalavriat səviyyəsində keyfiyyətli tədrisin aparılması;
  • Kurs sillabusunun hazırlanması;
  • Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
  • Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
  • Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi;
  • Silabusun hazırlanması;
  • Mövzular üzrə təqdimatların (slaydların) hazırlanması.

Namizədə dair tələblər:

  • Tibb universitetinin məzunu və ya biologiya ixtisası (həkim, bioloq, biokimya ixtisasçı, müəllim)
  • Pedaqoji və ya Elmi tədqiqat təcrübəsi (ən azı 1 il)
  • Fəlsəfə doktoru (tibb və biologiya üzrə)
  • Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
  • Tədrisdə İKTdən hərtərəfli istifadə edə bilməsi;
  • İnnovativ tədris metodlarından xəbərdar olması;
  • Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
  • Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətçil olması.

İş şərtləri:

  • Həftə içi 5 gün : 09:00 – 17:00-dək, (nahar vaxtı saat 13:00 – 14:00)
  • Əmək haqqı – Müsahibə əsasında
  • Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

Son müraciət tarixi: 01.02.23

Email: [email protected]