Aparıcı mütəxəssis – Katiblik (Protokol üzrə)

  • Dövlət Holdinqi
  • Elanın qoyulma tarixi: 14.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

Əmək funksiyası:

  • Beynəlxalq əməkdaşlıq sahəsində şöbəyə daxil olan məlumatları toplayır və ümumiləşdirir;
  • Azərbaycanda səfərə gələn qonaqların lazımi hallarda səfərinin təşkilində iştirak edir və qonaqların müşayiət olunmasında iştirak edir;
  • Rəhbərliyin və digər struktur bölmə əməkdaşlarının xarici ölkələrə səfərlərinin təşkilində iştirak edir;
  • Xarici ölkələrin, beynəlxalq təşkilatların və yerli təşkilatçıların keçirdiyi tədbirlərdə iştirak edir;
  • Arayış, tezis və digər analitik məlumatları hazırlayır, yenilənməsinində iştirak edir; 
  • Beynəlxalq tərəfdaşlar, xarici ölkələrin analoji qurumları ilə rəsmi və işgüzar yazışmaların, danışıqların aparılmasında iştirak edir;

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzuolunandır)
  • İş təcrübəsi (minimum): Müvafiq sahədə minimum 2 il ümumi iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili (İngilis dili - C1 səviyyəsində, Rus dili arzuolunandır)
  • Kompüter bilikləri: Microsoft office proqramları (Elektron sənəd dövriyyəsi - ESD)

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Punktuallıq və çeviklik;
  • Problem həll etmə bacarıqları;
  • Detallara diqqət;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. E-poçtun mövzu hissəsində “Aparıcı mütəxəssis – Katiblik (Protokol üzrə) qeyd etməyiniz xahiş olunur.