Satınalma üzrə mütəxəssis

İşin təsviri

Vakansiyanın təsviri:

  • Satıcı / subpodratçı / tədarükçülərin qısa siyahılarının hazırlanması;
  • Təkliflərin tələblərə uyğun olaraq toplanması və qiymətləndirilməsi;
  • Tədarükçülərin və bazarların təhlilinin aparılması;
  • Satınalmaların düzgün işlənməsini təmin etmək üçün digər əlaqəli funksiyalarla (Satış, Maliyyə, Logistika, Anbar) yaxından işlənilməsi;
  • Müdriyyət tərəfindən verilən digər satınalma işlərinə rəhbərlik edilməsi;
  • Məhsulların vaxtında çatdırılmasını və keyfiyyətinin qənaətbəxş olmasının təmin edilməsi;
  • Həvalə olunan sorğuya əsasən tədarükçünün araşdırılması, qiymətləndirilməsi və seçilməsi, alınan təkliflərin təhlilinin aparılması, ən yaxşı, uyğun və optimal təkliflərin təsdiqi üçün Satınalma Direktoruna göndərilməsi;
  • Müştəri tərəfindən təsdiq edilmiş PO-ların yenidən yoxlanması, dəyişikliklər olduğu halda Satış nümayəndəsinə xəbər verilməsi və tələbin icrasının həyata keçirilməsi;
  • Alış üçün daxili PO-un hazırlanması, imza və möhür üçün tədarükçüyə göndərilməsi;
  • Qaimə-fakturanın və invoysun tələb edilməsi, imzalanmış sənədlərin ödəniş üçün Maliyyə Departamentinə göndərilməsi;
  • Ödəniş tapşırığını aldıqdan sonra, satınalmanın davam etdirilməsi, nəqliyyat məsələləri üçün tədarükçü və logistika mütəxəssisinə bildiriş göndərilməsi;
  • Sorğu icra olunandan sonra, tədarükçünün qiymətləndirilməsinin aparılması.

Xüsusi tələblər:

  • İqtisadi və ya texniki sahədə təhsil
  • 1-2 xarici dil biliyi
  • İnternet araşdırmaları səlisliyi
  • Daxili bazar biliyi
  • ERP sistemlərindən istifadə biliyi
  • CİPS sertfikatlaşma
  • Satınalma və Logistika təlimləri

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satınalma üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi