İşin təsviri
Ümumi vəzifə öhdəlikləri:
- Azərbaycan Kredit Bürosu və Mərkəzləşdirilmiş Kredit Reyestri sisteminə məlumatların yüklənməsi (gündəlik və aylıq), yükləmələrə preventiv və sonrakı nəzarət;
- Yükləmələrdən geri qayıdan səhvlər əsasında düzəlişlərin filiallarla və departamentlərlə kommunikasiyası və icra olunması;
- İdxal-Avans ödənişlərinin qaydalar çərçivəsində bağlanmasına nəzarət və hesabatlılıq;
- Tələb olunan digər periodik hesabatların hazırlanması (Excel və s. proqramlarda);
- Müvafiq tənzimləyici orqanların qaydalarına riayət olunmasına nəzarət.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Analitik qabiliyyətlər;
- Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
- SQL və “Data management”-ə aid digər bacarıqlar arzuolunandır;
- Azərbaycan dili əla, Rus dili və ya İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Sərbəst işgüzar ünsiyyət saxlamaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 sentyabr 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Maliyyə Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Email: [email protected]