Avtoservisdə sığorta işləri üzrə texniki mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:  

  • Sığortalı təmir üçün servisə müraciət edən avtomobillərin qəbulu;
  • Mövcud qaydaya əsəsən tələb olunan  sənədləşmə işinin təşkili; 
  • Müraciət əsasında müvafiq sığorta şirkəti ilə avtomobil və qəza  hadisəsi  haqqında bütün prosedurların dəqiqləşdirilməsi; 
  • Avtomobilə texniki baxışın təşkili və hadisə nəticəsində zədələnmiş dəyişilməli  ehtiyat hissələri və təmir işləri üzrə ilkin qüsur aktının tərtib olunması, sığorta şirkəti ilə razılaşdırılması, müvfaiq foto və video materialların fayllaşdırılması;
  • Sığorta şirkətinin razılığı ilə avtomobilin təmirinin başlanması, anbarda olmayan detalların sifarişi, təlimata uyğun bərpa edilmə prosesinə nəzarət edilməsi;
  • Yekun qüsur aktının hazırlanması sığorta şirkətinə ödəniş üçün göndərilməsi, təmiri başa çatmış avtomobilin təhvilə hazırlanması;
  • Müəyyən edilmiş vaxtda və qaydada hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Rəhbərliyin işlə əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Texniki ali təhsil;
  • Yaş həddi: 25-35;
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır; 
  • Texniki əməliyyatlarının planlaşdırılması sahəsində təcrübənin olması;
  • Müasir avtomobillərin quruluşunu və təmir texnologiyalarını yüksək səviyyədə bilməli; 
  • Təhlükəsizlik texnikası və texniki şərtlər haqqına məlumatın olmalı;
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı olmalı.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 1000-1200 ₼

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində Avtoservisdə sığorta işləri üzrə texniki mütəxəssisqeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.