İşin təsviri
Vəzifə öhdəlikləri:
- Tapşırıq alandan sonra iş yerinə gəlməli və növbənin təhvil-təslim kitabı ilə tanış olmalı, texnoloji avadanlıqla tanış olmalı, onu boş rejimdə yoxlamalı, alətlərin miqdarını və sazlığını bilməlidir
- Xidmət etdiyi avadanlıqda yanma, üfürmə, havanı çəkmə prosesinin və temperatur rejiminin tənzimlənməsində birbaşa rəhbərinə dəstək olmalıdır
- Avadanlığın və yanacağın işə hazırlanmasında, odluğun şlakdan və küldən təmizlənməsində ocaqçı ilə birgə fəaliyyət göstərməlidir
- Sobanın metalsüzmə yollarında yaranabiləcək problemlərin vaxtında və keyfiyyətli şəkildə təmirinə köməklik göstərməlidir
- Sobanın istismar müddəti bitmiş vəya qəzalı astarının sökülməsi və yenidən hazırlanması işini birbaşa rəhbərinin nəzarəti altında icra etməlidir
- İşlədiyi ərazinin təmizliyinə riayət etməlidir
- Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunmalıdır
- İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunmalıdır
- İş prosesindən irəli gələn digər vəzifələrin yerinə yetirməlidir
- Rəhbərlik tərəfindən verilən yazılı və şifahi göstərişlərin yerinə yetirilməlidir
İş şərtləri:
- 6 günlük iş qrafiki 08:00-dan 15:00-a qədər
- Əmək haqqı: 644 AZN
- İş yeri Xırdalan ərazisində yerləşir
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Ocaqçı köməkçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Email: [email protected]