İşin təsviri
İş şəraiti:
- İş yeri: Əhmədbəy Ağaoğlu 61, ADA Universiteti
- İş rejimi: Həftənin 6 günü, 09:00-18:00;
- Əmək haqqı: 500 AZN
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların qəbulunda anbardarın göstərişi ilə iştirak etmək.
- Qəbul olunan malların sayının və vəziyyətinin yoxlanılmasına kömək etmək.
- Təyin olunmuş sənədlərlə malın uyğunluğunu yoxlamaq (qaimə, faktura və s.).
- Malların anbarda düzgün və təhlükəsiz şəkildə yerləşdirilməsinə kömək etmək.
- Anbar inventarizasiyası (sayım) zamanı anbardara dəstək olmaq.
- Anbarın təmiz, səliqəli və təhlükəsiz saxlanılmasına kömək etmək.
- Anbardar tərəfindən aparılan sənədləşmələrdə texniki köməklik göstərmək.
- Mal qalığı, qəbul və çıxarış qeydiyyatına dair ilkin məlumatları hazırlamaq.
- Anbardarın birbaşa göstərişlərini vaxtında və düzgün yerinə yetirmək.
- Baş anbardar olmadıqda anbardarı əvəz etmək.
Tələblər:
- Dəqiq, məsuliyyətli və çalışqan olmaq
- Komandada işləmə bacarığı
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Nahar şirkət tərəfindən qarşılanır
- Peşəkar və mehriban kollektiv
Qeyd: 40 yaşına kimi olan namizədlər müraciət edə bilər.
Əlaqə nömrəsi: +994 10 236 10 76
Müraciət etmək üçün: CV-nizi və əlaqə nömrənizi Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərsiniz.