Laborant

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Laboratoriyanın idarə olunması, sənədləşmə işlərinin yerinə yetirilməsi
  • Ərinmiş metaldan nümunələrin götürülməsi, tərkibi haqqında dəqiq analizlərin aparılaraq məlumatların verilməsi
  • Laboratoriyanın işi və istehsal olunan metal nümunələrinin tərkibi haqqında mütəmadi hesabatların verilməsi
  • Laboratoriyada olan avadanlıq və cihazların texniki vəziyyətinin nəzarətdə saxlanması
  • Sex rəisinin digər tapşırıqlarının vəzifəsi çərçivəsində yerinə yetirilməsi
  • Keyfiyyətin idarə olunması üzrə sənədlərin hazırlanmasının təşkil edilməsi
  • Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
  • İş prosesindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi
  • Rəhbərlik tərəfindən verilən yazılı və şifahi göstərişlərin yerinə yetirilməsi

Namizədə tələblər: 

  • Ali təhsil/ metallurgiya sahəsi üzrə;
  • Yaş 25-45;
  • Qeyri qida sektoru, xüsusilə Metallurgiya və metaləritmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • İSO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
  • İstehsal olunacaq məhsulların (detalların) ölçülərini müəyyən etmək və hazır sxemləri oxumaq bacarığı;
  • Dil bilikləri: Azərbaycan əla, ingilis və rus dili arzuolunandır.

İş şərtləri: 

  • 6 günlük iş qrafiki: 
  • İş vaxtı: 08:00-dan 16:00-a dək
  • Əmək haqqı:  razılaşma əsasında
  • Əmək Məcəlləsinə müvafiq olaraq rəsmiləşdirmə.
  • İş yeri Xırdalan ərazisi.
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur. 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Laborant” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.