Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsinin planlaşdırılması üzrə işləri yerinə yetirməli; 
  • Keyfiyyətin idarəetmə sistemi tələblərinin  hazırlanmasında istirak etməli və onların yerinə yetirilməsinə nəzarət etməli;
  • İstehsal olunan məhsulların keyfiyyət göstəriciləri haqqında lazımi məlumatları araşdırmaq və texniki tələblərə cavab verməyən məhsul istehsalının qarşısını almalı;
  • Zay məhsul istesalının səbəblərini müəyyənləşdirməli və bunun qarşısını almaq üçün tədbirlərin hazırlanmasında iştirak etməli.
  • Zavoda daxil olan materialları, yarımfabrikatların, dəstləşdirici hissələrin standartlara, texniki tələblərə, konstriktiv şərtlərə uyğun olub olmaması barədə rəy hazırlamalı.
  • Keyfiyyətin idarə edilməsi sistemlərinin ölkə daxili va xaricindəki qabaqcıl təcrübəsini öyrənmək və tətbiq olunması barədə təkliflər vermək və müəssisə standartının işlənib hazırlanmasında iştirak etməli.
  • İstehsal zamanı məhsulun keyfiyyətinə nəzarət edilməsi və hazır məhsul sınağının aparılması üzrə təlimat və metotların işlənib hazırlanmasında iştirak etmək.
  • İstehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər vermək.

Namizədə tələblər: 

  • Ali təhsil/ metallurgiya sahəsi üzrə;
  • Yaş 25-45;
  • Qeyri qida sektoru, xüsusilə Metallurgiya və metaləritmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • İSO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
  • İstehsal olunacaq məhsulların (detalların) ölçülərini müəyyən etmək və hazır sxemləri oxumaq bacarığı;
  • Dil bilikləri: Azərbaycan əla, ingilis və rus dili arzuolunandır.

İş şərtləri: 

  • 6 günlük iş qrafiki: 
  • İş vaxtı: 08:00-dan 16:00-a dək
  • Əmək haqqı:  razılaşma əsasında
  • Əmək Məcəlləsinə müvafiq olaraq rəsmiləşdirmə.
  • İş yeri Xırdalan ərazisi.
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur. 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Azmədənistehsal MMC tərəfindən digər vakansiyalar