İnformasiya təhlükəsizliyi departamentinin kiber analitika üzrə kiçik mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 23.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • İnformasiyanın qorunması üzrə görülmüş tədbirlərin effektivliyinin qiymətləndirilməsində iştirak edilməsi və nəzarəti həyata keçirilməsi;
  • İnformasiya təhlükəsizliyinin təmin olunması və idarə olunması üzrə üsul və vasitələr müəyyənləşdirilməsində iştirak edilməsi;
  • Cəmiyyətin informasiya aktivlərinin təsnifləşdirilməsi və onların qorunması üzrə prinsiplər hazırlanmasında iştirak edilməsi;
  • Xidmət təchizatçılarının va tənzimləyicilərinin informasiya təhlükəsizilyi tələblərinin tətbiqi;
  • İnformasiya Təhlükəsizliyi üzrə monitorinq funksiyalarını yerinə yetirmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Tələb olunur.
  • Təhsili/ixtisası: İnformasiya Təhlükəsizliyi və ya İnformasiya Texnologiyaları üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili:orta, Rus dili:orta
  • Kompüter bilikləri: MS Office: orta
  • Üstünlüklər: İnformasiya Təhlükəsizliyi və ya İnformasiya Texnologiyaları üzrə iş təcrübəsi
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

https://pasha-life.az/en/about/karyera/

İşəgötürənin reytinqi